“Microsoft” 2025-ci ilin mayında “Skype” messencer və videozəng xidmətini bağlaya bilər.
Tribunainfo.az xəbər verir ki, bu barədə “XDA Developers” portalı yazır.
“May ayından etibarən “Skype” artıq mövcud olmayacaq. Zənglər və çatlar üçün “Teams”dən istifadə edin”, – nəşr bildirib.
Portalın oxucularından biri qeyd edib ki, “Skype”ın “Windows” üçün yeni beta versiyasında xidmətin bağlanması ilə bağlı məlumat sətiri var.
“Microsoft” şirkəti isə “Skype”ın bağlanması barədə rəsmi açıqlama verməyib.
Qeyd edək ki, “Skype” 2003-cü ildə isveçli İT sahibkar Niklas Zennström və danimarkalı biznes tərəfdaşı Janus Fri tərəfindən təsis edilib. 2011-ci ildə “Microsoft” tərəfindən alındıqdan sonra “Skype” tamamilə “Azure” platformasına keçdi. 2017-ci ildə isə “Microsoft” “Skype” texnologiyasına əsaslanan “Teams”i istifadəyə verdi.