Skuterləri icarəyə verən şirkətin meneceri cərimə edildi

Skuterləri icarəyə verən şirkətin meneceri cərimə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində skuterlərin satışı, təmiri və icarəsi ilə məşğul olan “Samokat.az” şirkəti ilə sakinlər arasında narazılıq yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bir qrup sakin yaşadıqları Binəqədi rayonu Ziya Bünyadov prospekti ünvanının yaxınlığında fəaliyyət göstərən şirkətlə bağlı polisə şikayət ediblər.

Vətəndaşlar skuter şirkətinin onların dincliyini və istirahət hüququnu pozduğunu bildiriblər.

Ərazidə araşdırma aparılarkən “Samokat.az”ın əməkdaşları ilə polis arasında mübahisə yaranıb. Şirkətin meneceri 1976-cı il təvəllüdlü F.Ağayev (şərti) saxlanılaraq 5-ci Polis Bölməsinə aparılıb.

Barəsində inzibati protokol tərtib edilən menecer Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilərək sərbəst buraxılıb.