Londonda Sergey və Julya Skripallların zəhərləndiyi “Zizzi” italyan restoran şəbəkəsi öz işini bərpa edib. Musavat.com-un məlumatına görə, bu barədə “Daily Telegraph” qəzeti təşkilatın işçilərindən birinə istinadən xəbər yayıb.
Məlumata görə, restoranın fəaliyyətinə icazə Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tərəfindən verilib. İngilis əsgəri tərəfindən aparılan hərtərəfli dezinfeksiya işindən sonra “Zizzi”nin öz qonaqlarını təhdid etmədiyi bildirilib.
Britaniya hakimiyyət orqanları əvvəlcə təşkilatın yerləşdiyi binanı sökmək niyyətində olub. Bütün dövr ərzində müəssisə karantinə alınıb, işçilərə əmək haqqı ödənilib, psixoloji yardım göstərilib.
“Zizzi”nin təntənəıi açılışı bu günə planlaşdırılıb. Bu gün menyu qiymətləri göstərilməyəcək – qonaqlar özləri nə qədər pul ödəyəcəyinə qərar verəcəklər. Açılış mərasimi zamanı bütün gəlirlər xeyriyyəçilik üçün xərclənəcək.
“Bu, irəliyə doğru vacib addımdır. Biz burada yaşayan insanların etibarını qazanmaq və yerli sahibkarları dəstəkləmək üçün işimizi davam etdiririk”, – deyə Cənubi Wiltshire Recovery Koordinatoru Alistair Cunningham bildirib.