“Skoda” avtomobil satıcısı “Paşa Sığorta”nı məhkəməyə verdi

“Skoda” avtomobil satıcısı “Paşa Sığorta”nı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşa Sığorta” ASC məşhur avtomobil şirkəti tərəfindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, sığorta şirkəti ilə bağlı iddianı “SKODA” avtomobillərinin Azərbaycanda satışını və servis xidmətlərini həyata keçirən “Skaz Autohouse” qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər sığorta müqaviləsi üzrə mübahisə yaşayır.

“Paşa Sığorta”nın işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 18 dekabr tarixində hakim Təranə Mahmudovanın sədrliyi ilə baxış iclası keçiriləcək.

Qeyd edək ki, məhkəməyə veriıən “Paşa Sığorta”nın direktoru Rövşən Allahverdiyevdir. “Skaz Autohouse” şirkətinin direktoru isə Toğrul Paşayevdir.

Tərəfləri dinləməyə hazırıq.

Nigar