SKANDAL: YUNAN ADALARI TÜRKİYƏYƏ DAXİL EDİLDİ – YUNANISTANDAN REAKSİYA – FOTObackend

SKANDAL: YUNAN ADALARI TÜRKİYƏYƏ DAXİL EDİLDİ – YUNANISTANDAN REAKSİYA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Le Monde” qəzetinin saytında Türkiyədə seçki nəticələri üçün istifadə edilən xəritə Yunanıstanda reaksiyaya səbəb olub.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, xəritədə Rodos, Kos, Sakız adaları və bəzi digər Şərqi Egey adaları Türkiyənin seçki dairəsində göstərilib.

Xəbərlərində mövzuya geniş yer verən Yunan mətbuatı xəritədə Türkiyənin seçki dairəsində Rodos, Kos və Sakız kimi Şərqi Ege adalarının göstərilməsinə diqqət çəkib.

Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın göstərişi ilə Yunanıstanın Parisdəki səfiri Dimitrios Zevelakis qəzet rəhbərliyinə məktub göndərərək xəritədəki səhvin düzəldilməsini tələb edib.

Qeyd edək ki, xəritə Le Monde qrafika şöbəsi tərəfindən hazırlanarkən, seçki məzmununun mənbəyi kimi Anadolu Agentliyi göstərilib.