Avropa Parlamentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə alt komitəsinin sədri, ermənipərəst Natali Lusui Xankəndi adının çəkilməsindən möhkəm qəzəblənib. Belə ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Xankəndi adını çəkərək status paylaşmasına komitə sədri reaksiya verib.
Tribunainfo.az xəbər verir ki, Aİ rəsmisi Toivo Klaar paylaşımında yazıb: “Bu səhər Xankəndi şəhərinə qazın verilişinin bərpa olunduğunu oxuyanda sevindim”.
Natali Lusui ona belə cavab verib: “Dağlıq Qarabağın qaz təchizatının sabit olduğuna və davam etdiyinə əminsinizmi? Xankəndi adından əvvəl “Stepanakert”dən istifadə etməlisiniz…”
Göründüyü kimi, AP-də komitə sədri olan ermənipərəst siyasətçi Xankəndinin adının istifadə edilməsindən qıcıq olur. Lakin heç bir beynəlxalq sənəddə “Dağlıq Qarabağ” və ya “Stepanakert” gösətərilmir.