Siyəzəndə yol qəzasında ata və 3 yaşlı oğlu ölüb, 7 nəfər xəsarət alıb – FOTObackend

Siyəzəndə yol qəzasında ata və 3 yaşlı oğlu ölüb, 7 nəfər xəsarət alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Siyəzən rayonunda ata və azyaşlı oğlunun öldüyü qəzada 7 nəfər xəsarət alıb.

APA-nın verdiyi məlumata görə, onlardan ikisi azyaşlıdır. Xəsarət alanlardan 3-ü Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Azyaşlılardan biri Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Xəsarət alanlardan ikisi Bakıdakı Kliniki Tibbi Mərkəzə, biri isə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

 

 

09.42

 

Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Ölənlərin Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri – 37 yaşlı Samit Əmirov və onun 3 yaşlı övladı Elnur Əmirli olduğu bildirilir.

Xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.