Siyavuş Novruzov: “Bəzi partiyaların rəhbərləri 20 ildir işləmir, cangüdən saxlayır, bahalı maşınla gəzir…”

Siyavuş Novruzov: “Bəzi partiyaların rəhbərləri 20 ildir işləmir, cangüdən saxlayır, bahalı maşınla gəzir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov siyasi partiyalarla bağlı qanunvericiliyə təklif edilən dəyişikliklərdən bəhs etdi.

Deputat bildirdi ki, partiyaların fəaliyyətində şəffaflığın təmin olunması olduqca zəruridir.

S.Novruzovun sözlərinə görə, qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır, hətta partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır. Amma bəzi partiyalar hesabat vermir:

“Qanun qəbul ediləndən indiyə qədər AXCP və digər bir neçə partiya Mərkəzi Seçki Komissiyasına heç bir hesabat vermir. Qalan partiyalar isə hesabatlarının qarşısında 0 rəqəmini yazırlar. Yəni heç bir vəsait daxil olmayıb. O zaman sual çıxır ki, bəzi partiyaların rəhbərləri 20 ildir işləmir, bunlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər? Hətta övladları xaricdə ən bahalı universitetdə təhsil alırlar. Onlar niyə hesabat vermirlər? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlər ən böyük şəffaflıqdır. Ona görə də biz bu qanunu hələ daha da sərtləşdirməliyik. Bütün partiyalar hesabat verməlidir”.

Komitə sədri dedi ki, bu gün o partiyalar qarayaxmalarla məşğuldur, xarici kəşfiyyatla işləyirlər: “Azərbaycan ordusu, Azərbaycandakı tikinti-quruculuq işləri, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması haqqında qarayaxmalar aparırlar, blogerlik, tiktokerlik fəaliyyətləri ilə. Odur ki, biz öz sözümüzü deməliyik, mövqeyimizi bildirməliyik ki, bunlar şər-böhtandır”.

Spiker Sahibə Qafarova bildirdi ki, sosial şəbəkələrdə daha fəal olmaq gərəkdir: “Bu iddialar harada yayılırsa, elə orada da cavablarını vermək lazımdır”.