backend

SİYASƏTDƏ YENİ SİMALAR NİYƏ YOXDUR? -SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AXCP sədri Razi Nurullayev bir neçə gün öncə belə bir fikir söyləmişdi: “Əgər siyasətçi yerini tutacaq bir neçə nəfər yetişdirmirsə, demək ki, qısqanclıqdandır. 

AXCP sədri Razi Nurullayev bir neçə gün öncə belə bir fikir söyləmişdi: “Əgər siyasətçi yerini tutacaq bir neçə nəfər yetişdirmirsə, demək ki, qısqanclıqdandır.

 Bu qısqanclıq isə ümumilikdə, xalqa, cəmiyyətə, demokratik mübarizəmizə böyük ziyan vurur. Onun ölümündən sonra onun yetişdirdiyi siyasətçilər “şəxsiyyətə pərəstiş” xəstəliyinə yoluxdular və bu xəstəliyin pik nöqtəsi Stalin tipli rejimin yaradılması təhlükəsidir”. 

R. Nurulayevin bu fikri “lider hansı proses və hadisələrdə yetişə bilər?” sualını doğurur. Liderlər üçün xüsusi istixana yoxdur ki, onları yetişdirələr. Elçibəyin yetişdirdiyi siyasətçilərin ittiham edilməsi onu göstərir ki, onlar sadəcə Elçibəy dövründə baş verən siyasi proseslərdə aktivlik göstərən və Elçibəy ideologiyasına sığınanlar olub. Elçibəyin yetişdirdiyi siyasətçilər də ona bənzəməliydi. Ona görə sual yaranır, siyasətçini siyasi proseslər yetişdirir, yoxsa müəllimlər və ya institutlar?

TİA.AZ  mövzu ilə bağlı  müxtəlif partiyaların sədr və üzvləri arasında kiçik bir sorğu keçirdi.

 

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, bütün hallarda hər kəsin formalaşmasında, araya-ərsəyə gəlməsində ətrafın böyük rolu var: “Müəllimin də, valideynin də, məktəbin də böyük rolu var. Hətta kənar adamların da. Əks istiqamətdə olanların, opponentlərin də böyük rolu var. Amma baxır kim-kimdən necə bəhrələnir? Əbülfəz Elçibəy bir məktəb idi və bu məktəbin müdavimləri həddən artıq çoxdu. Onun məşhur tezislərindən biri bu idi ki, “sevgim millətə, itaətim müəllimlərə”. Müəllimlərə o qədər hörmət və ehtiramı var idi ki, itaətim müəllimlərə deyirdi. Kim ki, Elçibəyi özünə müəllim kimi hesab edib, ondan çox bəhrələnib. Kim ki, ustad hesab edib, o da bəhrələnib. Bunların hamısının bu və ya digər dərəcədə təsiri var. Məşhur bir adamın məşhur bir tədbirdə bir sözü var, “mənim formalaşmağımda iştirak etdiyinizə görə, hamınıza təşəkkür edirəm”. Təntənəli açılışda bir cümlə dedi. Həmin adam çox böyük iş görmüşdü. Hamı o işdən danışırdı. O isə bu işə qiymət verərkən, bütün ətrafında olanlara, rüşvət verdiyi adamlara belə, hətta bu işdə müsbət təsiri olmayan adamlara belə bu sözü deyirdi. Bu, məsələdəki baxışa bağlıdır. İnsanın yetişməsində özünün , Allahın ona verdiyi fitri istedaddan, qabiliyyətdən başqa, həm də hər kəsin rolu var. Təbii ki, insanın özünün önəmi böyükdür. Mən“Gülüstan” poeması ilə bağlı Bəxtiyar Vahabzadəyə demişdim ki, mənim formalaşmağımda “Gülüstan” poemasının rolu var. O isə əlini qaldırdı və dedi: ”Saxla-saxla. Mənə bu tərif lazım deyil! Hər kəsin formalaşmasında onun valideynlərinin böyük rolu var”. Yanaşmaya baxın, hərənin məsələyə bir cür yanaşması var. O, təvazökarlıq edərək belə deyirdi. Təbii ki, böyük adamlar sadə və təvazökar olurlar. Eləsi də var deyir ki, hamını mən yetişdirmişəm. Elçibəy sağ olsaydı bu məsələni qəbul etməzdi. Deyərdi ki, özünüz yetişmisiz, mənim burda zərrə qədər rolum olub. Elçibəyin Azərbaycan ictimai-siyasi həyatında, çağdaş durumda müstəsna rolu var. Yetirmələrinin sayı bilinir. Amma indi ona sadiq olanların sayı heç bir əldəki barmaqların sayı qədər də olmur”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa siyasətçinin yetişməsində başlıca rolu insanın özüylə əlaqəndirir:  “Siyasətçini bir siyasi lider yetişdirmir ki! Bu, siyasətçinin dünyagörüşü ilə bağlı məsələdir. Müxtəlif həyat yolunda sənin qarşına çıxan müəllimlər, dəyərli insanlar, müəyyən dünyagörüşünə güvəndiyin insanlar olur. Hər birinin insan üzərində bir haqqı, bir təsiri var. Elçibəyin kimisə yetişdirmək məsələsi mürəkkəb məsələdir. İnsan özü-özünü təkmilləşdirmirsə necə ola bilər? Elçibəyin yan-yörəsində yüzlərlə insan var. Niyə onlar yetişmədi? Demək, insanın öz qabında olmalıdır. Özünün iradəsi olmalıdır ki, özünü formalaşdırsın, təkmilləşdirsin. O baxımdan müəyyən dərəcədə bu kimi məsələlərdə hər hansı bir şəkildə ittiham açığı mənim üçün anlaşılan deyil. Nəyi ittiham etmək əsas götürülür? Hər kəs öz cəmiyyət həyatında artıq yeni bir situatsiyadı. Azərbaycan cəmiyyətinə baxışda xeyli dəyişikliklər var. 20 il bundan öncənin baxışını bu günə tətbiq etmək mümkün deyil. Ona görə də, əgər biz siyasətə yeni çalarlar, yeni bir baxış gətiririksə, mütləq yetişdiyimiz sferanın, çevrənin müəyyən dərəcədə tələbini yerinə yetirmirik ki! Biz Azərbaycana xidmət edən insanlarıq. Azərbaycana bu gün nə lazımdırsa, nə faydalıdırsa, bu gün onu önə çəkməliyik. Keçmişin xatirələri ilə yaşamaq istəyirlərsə, Əbülfəz Elçibəyin irsini davam etdirməkdən başqa gündəmində məsələ yoxdursa, bu artıq onların işidir. Baş qatmaqla məşğul olmaqdan başqa bir şey deyil. Elçibəyin də arzusu Azərbaycanın inkişafı idi. Bu gün onun hansısa fikir bidirmək imkanı yoxdu. Deməli, özümüz müəyyən etməliyik ki, inkişafda hansı rolu oynayaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucov bunun üçün hər iki amilin vəhdət təşkil etməli olduğunu deyir:  “Siyasətçi həm nəzəriyyəni öyrənməlidi, həm də bunu praktikada tətbiq etməli, təcrübədə öyrənməlidir. Bunun biri olmasa, o birisini tamamlamır. Amma ən böyük məktəb praktikadır, təcrübədir. İnsan gördükcə, yaşadıqca, o prosesi keçdikcə daha mükəmməl öyrənir. Bəzən görürük ki, təcrübəylə nəzəriyyə üst-üstə düşmür. Bu baxımdan təcrübəni üstün tutardım. Dünya siyasətçilərinin bioqrafiyasına baxanda görürük ki, onların əksəriyyəti siyasətçi kimi təhsil almayıblar, böyük bir siyasi məktəb keçiblər. Amma hər ikisinin olması daha mükəmməl bir siyasətçi formasını ortaya qoyardı. Mən burda mühiti əsas götürərdim. Siyasətçinin yetişməsi üçün ictimai-siyasi mühit olmalıdır. Siyasətçi kabinetlərdə yetişmir ki! Siyasətçi meydanlara çıxmalıdır, insanlarla ünsiyyətdə olmalıdır. Yəni siyasətçini cəmiyyətin özü yetişdirir. Onun formalaşmasında, püxtələşməsində, cilalanmasında cəmiyyətin özünün böyük bir rolu var. Görürük ki, cəmiyyətin siyasi proseslərdə fəal rolu olan yerlərdə, açıq cəmiyyətdə siyasətçilər daha korrekt olurlar, daha ciddi və məsuliyyətli olurlar. Hər işini, hər addımıni, hər sözünün belə məsuliyyətini dərk edib, onu ölçüb sonra deyirlər. Amma qapalı ölkələrdə siyasətçilər olmur, icraçılar olur. Orda siyasi liderlər yetişmir, icraçılar yetişir, bir də çox təəssüf ki, yaltaqlar yetişir. Azərbaycanda dəfələrlə eşitmişik,dövlət başçısı özü də deyib ki, bizdə parlament, siyasi meydan olmalıdır. Nazirlər ölkənin siyasi kursunu həyata keçirən siyasətçilər olmalıdırlar. Amma onların hamısı məmurdur. Bunlar hamısı təsərrüfatçılıq, inzibatçılıq işləri ilə məşğuldurlar. Ona görə də Azərbaycan kimi ölkələrdə siyasətçilər çox çətin yetişir və potensiallarını ortaya qoya bilmirlər”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev münasibətini belə bildirdi: “Baxır siyasətçi hansı dönəmdə, hansı siyasətdə, hansı missiyayla ortaya çıxır. Bizim dönəmdə vəziyyət belədir ki, siyasətlə məşğul olanlar məcburən siyasətə qatılırlar. O vaxt Qarabağ hadisələri başlayanda proseslər özü siyasi insanları yetişdirdi. Milli azadlıq hərəkatı ilə meydanlara axışan insanlar vətənin müdafiəsi naminə ayağa qalxdı. Dövlət müstəqilliyini qazanandan sonra hakimiyyət uğrunda mübarizə gedirdi. İnsanlar hakimiyyətdə təmsil olunmaq istəyirdilər. Onda şərtlər dəyişir, dövrün şərtlərinə uyğun olurdu”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyir ki, siyasətçini siyasətçinin özü yetişdirməlidir: “İnsanlar peşə seçiblər, siyasət bir peşədir. Siyasət hobbi, maraq, bir məsləhət klubu deyil. Əgər bir insan siyasətçi olmaq istəyirsə, o, bütün dönəmlərdə müəllimlərdən, həyatdan, siyasətdən, siyasi proseslərin özündən öyrənərək özünü yetişdirməlidir”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə isə hesab edir ki, siyasətçini həyat, siyasi proseslər yetişdirməlidir: 

 “Siyasətlə məşğul olub- olmamaq yetişdirməklə deyil, həyatın təlabatıdır. İnsan görəndə ki, həyatı ağırlaşır və yaxud mübarizə aparmaq lazımdır, onda siyasətə gəlir. Kiminsə kimi yetişdirmək anlamı Miçurinin sözünü yada salır. Biz təbiətdən səxavət gözləyə bilmərik, bizim vəzifəmiz bunu təbiətdən almaqdır”.


İlahə