“Mançester Siti” – “Arsenal” (2:2) matçının üstündən 3 gün keçsə də, bu görüş ətrafında müzakirələr səngimir.
Publika.az xəbər verir ki, “Siti”nin teleaparıcısı Natali Payk də dramatik görüşə biganə qalmayıb. O, “Twitter” səhifəsində “Arsenal”ın ikinci hissədə müdafiəyə qapanmasını şərh edib. “Bir komandanın oyun boyu qapanıb 90+8-də üstünlüyü əldən verməsini görməkdən böyük zövq varmı?” – deyə cazibədar aparıcı yazıb.
Payk uzun müddətdir ki, “City TV” klubunda işləyir. O, komandanın çempionluq paradlarında iştirak edib. “Şəhərlilər”in matçlarında meydanın kənarında, adi günlərdə isə studiyada canlı yayımlarla tamaşaçıların qonağı olur. Payk həmçinin “BBC Radio”da da ekspert kimi çıxışlar edir.
Natali həmçinin 2004-cü ildə FHM jurnalının təşkil etdiyi “High Street Honeys” modellik yarışında qalib olub. 2005 və 2007-ci illərdə sözügedən nəşrin üz qabığında görünüb. O, bir neçə dəfə də “Zoo” və “Nuts” jurnallarının da əsas səhifəsini gözəlliyi ilə bəzəyib.
Payk həmçinin 2005 (№26) və 2006-cı illərdə (№51) FHM jurnalının “100 ən seksual qadın” siyahısına daxil olub.