“Şirvanşah” muzey restoranında FHN üçün 1500 manatlıq ziyafət

“Şirvanşah” muzey restoranında FHN üçün 1500 manatlıq ziyafət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) fiziki şəxs Zeynalov Ziya Zakir oğlu ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo-nun məlumatına görə, müqavilə qidalanma xidmətinin satın alınması ilə bağlıdır.

Müqvailənin maliyyə dəyəri 1534 manatdır.
Məlum olur ki, bu xidmət FHN-ə “Şirvanşah” muzey restoranında gösrətiləcək.

“Şirvanşah” muzey restoranı vergidə “Şirvanşah Muzey Restoran” MMC kimi qeydiyyatdadır. Reyestr məlumatlarına görə, MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi isə Hacızadə Anar Bayram oğludur.