Şirvan şəhərində Xocalı soyqırımının qurbanları yad edilibbackend

Şirvan şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
25 fevral 2023-cü il tarixdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Şirvan şəhər Şəhidlər Xiyabanında yaradılan “Şəhid anası” memorial abidə kompleksinin qarşısında Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xatirə tədbiri keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə yaradılan lövhənin önünə tər qərənfillər düzüb. Faciə qurbanlarının xatirəsi dərin hüzn və ehtiramla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov abidə qarşısında çıxış edərək, Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin və onun qurbanlarının heç vaxt unudulmayacağını bildirib. Faciənin baş verdiyi tarixi şəraitdən və Xocalı sakinlərinin başlarına gətirilən müsibətlərdən danışıb. Xocalı soyqırımına ilk dəfə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə parlamenti tərəfindən siyasi-hüquqi qiymət verildiyini, 26 fevralın Xocalı soyqırımı günü elan edildiyini, təqsirkarların cəzalandırıması istiqamətində tədbirlərin həyata keçrilməsinə başlanıldığını xatırladıb. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əldə olunan nailiyyətlərin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyasınin sistemli fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Hər il paytaxtda olduğu kimi Şirvan şəhərində də faciə qurbanlarının xatirəsinə 613 ağac əkildiyini diqqətə çatdırıb. 2020-ci ilin sentyabrın 27-də başlanan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımızın şücaəti və qəhrəmanlığı ilə 30 ildən sonra torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması ilə bütün şəhidlərimiz kimi Xocalı qurbanlarının da qisasının alındığını bildirib. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq sayəsində tarixi Qələbənin təmin olunduğunu vurğulayıb. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işləri nəticəsində Qarabağımızın yenidən dirçələcəyini və cənnətə çevriləcəyini bldirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Sonra Şirvan şəhərində məskunlaşan Xocalı sakini Arif Əzizov Azərbaycan xalqının tarixi torpağı olan Xocalıda yaşadığı illərdən danışıb. Xocalının füsunkar gözəlliyindən, tanınmış şəxslərindən bəhs edib. Milli Qəhrəman Əlif Hacıyevin igidliyini və şücaətini ehtiramla xatırlayıb. 30 il ərzində Vətən həsrəti ilə yaşadığını, bu illər ərzində gec-tez ölkə başçısının rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı azad edəcəyinə hər zaman inandığını qeyd edib. Xocalı sakinlərinə göstərdikləri diqqətə və Xocalı faciəsini beynəlxalq miqyasda tanıtdıqlarına görə ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!