Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirib – Fotolarbackend

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirib – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Noyabrın 24-də Hacıqəhramanlı qəsəbə icra nümayəndəliyinin inzibati binasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirib.

Tribunainfo.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq ölkə başçısının müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq, əldə olunan nailiyyətlərin xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinin və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu vurğulayıb. Ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, ölkəmizin milli maraqlarının müdafiəsi, iqtisadi inkişafı ilə bağlı ölkə başçısının diplomatik görüşləri, beynəlxalq forumlardakı qətiyyətli çıxışları, ulu öndər Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən və əldə etdiyi uğurlardan söz açaraq, sakinlərə ətraflı məlumat verib. Əhalinin sosial rifah halının yüksəldilməsi sahəsində qəbul edilmiş qərarları və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, cənab Prezidentin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü bildirib.
Şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək deputat kimi fəaliyyətindən, son illərdə Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən, görülən işlərin sakinlər tərəfindən razılıqla qarşılandığından danışıb. Vətəndaşların işsizlik, mənzil, sağlamlıq, pensiya təminatı və digər məsələlərlə bağlı problemlərinin dövlət səviyyəsində həllinə yönəlik mühüm tədbirlərin nəzərdə tutulduğunu qeyd edib.
Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. “Açıq mikrofon” şəraitində keçən görüşdə vətəndaşlar tək-tək çıxış edərək, öz problem və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, ünvanlı dövlət sosial yardımının təyin edilməsinə köməklik, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi, kommunal və digər məsələlər üstünlük təşkil edib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Sakinlər səyyar görüşlərin təşkilinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

Tribunainfo.az