Şirvan əhalisi üç gündür susuz qalıb: Camaat vedrə ilə su daşıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində əhaliyə suyun verilməsində üç gündür çətinliklər yaranıb.

 

Şirvan şəhərində əhaliyə suyun verilməsində üç gündür çətinliklər yaranıb.

Bu barədə Oxu.Az-a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, şəhərin əksər ərazilərində su yoxdur. 

“Şirvan şəhərində 3 gündür su yoxdur. Sakinlər su avtomobilini məhəllələrə gətirdib, suyu vedrə ilə öz evlərinə daşıyırlar. “Azərsu” ASC ilə əlaqə saxlamışıq, lakin onlar bildirirlər ki, xəbərimiz yoxdur. Elə bil XVII əsrdə yaşayırıq, XXI əsrdə 100000 əhalisi olan şəhəri necə 3 gün susuz qoymaq olar? Bu istidə kişilər, yaşlılar, qadınlar, cavanlar, uşaqlar tər tökə-tökə evlərinə vedrə ilə su daşıyırlar. Belə olmaz…” – deyə Oxu.Az-a sakinlər bildiriblər.

Sakinlər onu da qeyd ediblər ki, suyun kəsilməsi ilə bağlı heç yerdə xəbərdarlıq olmayıb.

TİA.AZ