Sırski Ukraynanın Qərb silahları ilə Rusiya ərazisində vuracağı hədəfləri açıqladıbackend

Sırski Ukraynanın Qərb silahları ilə Rusiya ərazisində vuracağı hədəfləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırski Ukraynanın Rusiya Federasiyası ərazisində Qərb silahlarından istifadə etmək icazəsi aldıqda vuracağı hədəfləri açıqlayıb.
Tribunainfo.az bu barədə CNN-ə istinadla xəbər verir.
“Biz silahdan yalnız hərbi hədəflərə, ilk növbədə, demək olar ki, hər gün yaşayış məntəqələrinə zərbələr endirən raket sistemlərinə qarşı istifadə edəcəyik.
Bu, mülki şəxslərin ölümünə səbəb olur. Bilirsiniz, Ukraynada nə qədər məktəb və xəstəxana, o cümlədən məşhur Oxmatdıt xəstəxanası dağıdılıb. Əslində o, Kiyevin mərkəzində Rusiyanın qanadlı raketlərinin hücumları nəticəsində məhv edilib. Belə hallar hər gün olur. Təkcə böyüklər deyil, uşaqlar da ölür. Poltava, Xarkov, Sumıya edilən son hücumlar – əslində, Ukraynanın elə bir şəhəri yoxdur ki, bu itkiləri hiss etməsin və ya məruz qalmasın. Bu müharibə dəhşəti, hara getsəniz, biz bu hücumların, dağıdılan binaların, məktəblərin, uşaq bağçalarının nəticələrini görürük”, – Sırski CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərbin uzaqmənzilli silahlarından istifadənin əsas vəzifəsi düşmənin raket silahları ilə mübarizə aparmaqdır.
“Əlbəttə, bunlar onların anbarlarına, silahların saxlandığı bazalara, ordu üçün yanacaq saxlandığı yerə hücumlardır. Təbii ki, bu, onların bütün maddi-texniki təminatıdır ki, bu silahların cəbhə xəttinə ötürülməsini təmin edir. Əlbəttə ki, bunlar Rusiya ordusunun, onun Aerokosmik Qüvvələrinin zərbə təyyarələrinin raket silahlarından, 70 kilometr və ya daha çox yerə atdıqları sürüşmə modulları ilə idarə olunan bombalarından istifadə etdiyi aerodromlardır. Yenə də məktəbləri və icmaları hədəfə alırlar. Məqsədlər bunlardır”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı izah edib.
Eyni zamanda o, Ukrayna hərbçilərinin mülki şəxslərə qarşı deyil, Rusiya ordusuna qarşı döyüşdüyünü vurğulayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, Kursk əməliyyatı Pokrovskın müdafiəsinə kömək edib, xüsusən də işğalçıları bölmələrini manevr etmək imkanından məhrum edib.
Eyni zamanda, o, hazırda cəbhədə Ukrayna Silahlı Qüvvələri ilə işğalçılar arasında döyüş sursatının istifadəsində fərqin xeyli azaldığını diqqətə çatdırıb.