Raşmor dağı ABŞ-da tursitlərin ən çox üz tutduğu məkanlarından biridir.
Raşmor dağı ABŞ-da tursitlərin ən çox üz tutduğu məkanlarından biridir.
“Qaynarinfo” xəbər verir ki, bəzi ABŞ prezidentilərinin portretləri olan dağın bilinməyən gizli tərəfi var. Dağın arxasında turistlərə icazə verilməyən otaq yerləşir. Heykəltəraş Qatzon Borqlum tərəfindən 1927-1941-ci illərdə yaradılan əsərin layihəsi barədə 1920-ci ildə qərar verilib və gizli otağın qeydiyyat sahəsi olması planlaşdırılıb.
4 ABŞ prezidentindən əlavə digər 1 nəfərin də dağa həkk olunması planlaşdırılsa da, ideyanın reallaşması çox çətin olduğu üçün təxirə salınıb və otağın tikintisinə start verilib. Lakin Borqlum layihəni tamamlamadan sirrli şəkildə dünyasını dəyişib. 1990-cı illərə qədər tikintisi davam edən otaqda hazırda ABŞ-a aid simvolik sənədlərin saxlanıldığı deyilir. Müstəqillik Bəyannaməsi, ABŞ Konstitusiyası, Haqqlar Bəyənnaməsi kimi sənədlərin orijinalları burada yerləşir.
Qeyd edək ki, otağın çox böyük və ayaqla çata bilinəcək sahəyə sahib olmadığı deyilir. İddialara əsasən, simvolik sənədlərdən əlavə burada ölkəyə aid daha gizli əşya və sənədlər qorunur.