Şirkətin yarım milyon manatını mənimsəyən qadının yenidən məhkəməsi başladı

Şirkətin yarım milyon manatını mənimsəyən qadının yenidən məhkəməsi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində “RİCH S.A” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tamilla Əliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) işçisi olub.

Tamilla Əliyeva şirkətin yarım milyon manatını mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.