Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada “Piala” adlı şirkət tütün çəkənlərə maraqlı şəkildə etiraz göstərib.
 Yaponiyada “Piala” adlı şirkət tütün çəkənlərə maraqlı şəkildə etiraz göstərib.

Şirkətin siqaret çəkməyən əməkdaşları, siqaret çəkən həmkarlarının iş saatları ərzində tez-tez siqaret bəhanəsi ilə işdən yayındığını deyərək şikayət ediblər.

Şikayətdə qeyd olunur ki, binanın 29-cu mərtəbəsində yerləşən ofisdən aşağı düşüb siqaret çəkib qayıtmaq üçün ən az 20 dəqiqə vaxt lazımdır. Bunu gün ərzində 4-5 dəfə təkrarlayan həmkarlar işlərinə qeyri-ciddi yanaşmaqda ittiham ediliblər.

Şirkət sözçüsü Hirotaka Matsasuşa isə buna etiraz olaraq şirkətin siqaretdən istifadə etməyən əməkdaşlarına 6 günlük məzuniyyət verib.

Qaydalara görə, gün ərzində 6 saatdan çox çalışan işçilərə 20 dəqiqəlik fasilə icazəsi verilməlidir. Lakin bu yalnız bir dəfə üçün keçərlidir./publika.az