Şirkət rəhbərləri baş əyərək sərnişinlərdən üzr istədilər

Şirkət rəhbərləri baş əyərək sərnişinlərdən üzr istədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İngiltərənin “Heatrhrow” Hava Limanında Yaponiya Hava Yolları şirkətinə aid olan bir təyyarə Tokioya uçmağa hazırlaşarkən pilotun qanında 1,89 promil spirt olduğu üzə çıxıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qanında pilotlar üçün qanuni həddən (0,20 promil) 10 qat artıq spirt olan pilot günahını etiraf edib. Bu səbəbdən Tokio səfəri başqa bir pilot tərəfindən 1 saat gec gerçəkləşdirilib.
Sözügedən məsələyə görə şirkət rəhbərliyi mətbuat konfransında baş əyərək sərnişinlərdən üzr istəyib.