Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulurbackend

Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Akkord Logistika Mərkəzi” MMC-nin rəhbərinin ölkədən çıxışına qadağa qoyulur.
Qaynarinfo-nun məlumatına görə, Məmməd-Bağırov Sərxan İlham oğlu barəsində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə şikayət edib.
İdarə tərəfindən məhkəmədə şirkət rəhbərinin “Xususi icraat – Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat” üzrə iddia qaldırılıb.
İşə 12.09.2024-cü il tarixində Şəki Kommersiya Məhkəməsində hakim Rüfət Məcidovun sədrliyi ilə baxılacaq.