Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev məhkəməyə xərəkdə gətirilib. Bildirilib ki, onun belində yırtıq əmələ gəldiyi üçün otura və yeriyə bilmir. B.Vəliyev prosesi uzanaraq izləyib.
Məhkəmədə sübutların tədqiqi mərhələsi davam etdirilib və hakim qalan sənədləri hamısını elan edib. Bununla da bu mərhələ başa çatıb.
B.Vəliyevin vəkili vəsatət verərək müvəkkilinin cərrahiyyə əməliyyatı olunması üçün şərait yaradılmasını istəyib. Vəsatət təmin olunmayıb, hakim bildirib ki, bu, Penitensiar Xidmətin səlahiyyətində olan məsələdir.
V.Zeynalov vəkili Ceyhun Yusifovun məhkəmənin öz təşəbbüsü ilə B.Vəliyevi ev dustaqlığına buraxması təklifinə hakim aqressiv reaksiya verib: “Siz Vidadi Zeynalovun vəklisiz. Bu məsələ müzakirə olundu və bitdi”.
Bayram Vəliyev məhkəmənin qərarına etiraz edib: “Mən nə edim, özümü doğrayım? Həkimlər də deyir bu məhkəmənin işidir. Nə MTN işçisiyəm, nə də rabitə. Ev dustaqlığı da istəmirəm, bircə günlük icazə verin, əməliyyat olunum, yenə geri qaytarın”.
Hakim yenə də bu məsələnin Penitensiar Xidmətin həkimlərinin işi olduğunu bildirib.
Məhkəmə prosesi martın 17-də davam etdiriləcək.