“Şirin quyruğu”ndan “şirin başı”na keçid

“Şirin quyruğu”ndan “şirin başı”na keçid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bax, bu sülh müqavilələrini ürəkdən tənqid edənlərin neçəsi döyüşlər zamanı Hadrutda, Şuşada və ya Cermukda olub və şəhərin tutilmasına görə acizlik hissi keçirib?”

Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi “Məlumatlı Vətəndaşlar” QHT-nin rəhbəri Daniel İoannisyandır.

O, müxalifətə bir neçə sual ünvanlayıb: “Bəs bu adamların təklifi nədir? Bəzi sadə həllərlə Azərbaycandan güclü olmaq? Mən heç kimi müharibə ilə qorxutmaq istəmirəm, amma dəvəquşu olub bu reallığa göz yummağa dəyməz”.

İoannisyan deyib ki, o, bir çox prosesləri gözləri ilə görüb. “Hadrutun, Şuşanın tutulmasını, Cermuka yaxınlaşmasını öz gözlərimlə görmüşəm. Bəsdir, daha onu görmək istəmirəm. Mən daha bir erməni şəhərini müdafiə etməyin acizliyini hiss etmək istəmirəm”.

Fərda Uğur