Yaponiyada bir binada yaşayan şəxs intihar etmək üçün əvvəlcə qazı yandırıb, daha sonra fikrini dəyişərək siqareti yandırması nəticəsində partlayış baş verib.
Partlayış nəticəsində mənzil sahibi də daxil olmaqla 8 nəfər yaralanıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 20:30 radələrində Kavaquçi şəhərindəki 15 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib.
Ətrafdakı tikililərə ziyan vuran partlayışdan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib.
Yaralıların bölgədəki xəstəxanalara çatdırıldığı, xəsarətlərinin həyati təhlükəsinin olmadığı açıqlanıb