backend

SİQARETİ TƏBİİ YOLLARLA UNUDUN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada hər 6 saniyədə bir nəfər, il ərzində isə təxminən 6 milyon insan siqaret çəkdiyi üçün dünyasını dəyişir.  

Dünyada hər 6 saniyədə bir nəfər, il ərzində isə təxminən 6 milyon insan siqaret çəkdiyi üçün dünyasını dəyişir. 

Siqaretdən ən çox ölənlər Çindədir. Bu ölkədə siqaret hər il 1.3 milyon insanın həyatına son qoyur. Bu öldürücü vərdiş həm də qazanc mənbəyidir. Hesablamalara görə, dünya iqtisadiyyatında siqaretin illik dövriyyəsi 1 trilyon dollardır.

 

Təbiət özü hədiyyələrinin köməkliyi ilə siqaret kimi öldürücü vərdişdən imtina etməyə şans verir. İstər qidalarla, istərsə də bitkilərlə bu mümkündür. Lakin insan əgər siqareti tərgitmək istəmirsə quş südü də ona kömək  edə bilməz. 

Həkim-fitoterapevt,  Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, Fitoterapiya Mərkəzinin Baş həkimi Elnur Rəhimov TİA.AZ-a siqaretin tərgitmə yollarından danışdı: 

“Siqaret çəkmə bir çox digər fəsadlar da törədir və insanları digər ağır xəstəliklərə düçar edir. Siqaret çəkmənin və ya tütünün “qurbanı” olmamaq üçün həm siqareti təzə başlayanlar, həm də “peşəkar” siqaret çəkənlər bu bəladan canlarını qurtarmaq istəyirlərsə, onu tərgitməyə cəhd göstərməlidirlər.

Bu məqsədə nail olmaq üçün xalq təbabətinin müalicə üsüllarından, məsləhətlərdən, siqaretə qarşı ikrah hissinin oyadılmasıdan və digərlərindən yararlanmaq məqsədəuyğun olardı.

 

Xalq təbabətində siqaretin tərgidilməsi üçün müalicə üsülları vardır.

Gülxətminin kökü – 40 hissə 

Ögey ana (dəvədabanı) yarpağı – 40 hissə

Adi qaraqınığın otu – 20 hissə

Göstərilən komponentləri diqqətlə qarışdırırlar, alınan qarışıqdan 3 xörək qaşığı götürüb, termosa yerləşdirir, üzərinə 0,5 l qaynar su əlavə edirlər, 1-2 saat müddətində dəmləyib süzürlər. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edirlər.

Bataqlıq kəcəvərinin kökü – 6,5 hissə

İstiotlu nanənin yarpağı – 3,5 hissə

1 xörək qaşığı qarışığın üzərinə 1 stəkan qaynar su əlavə edib, termosda 1-2 saat müddətində dəmləyib süzürlər. Alınan dəmləmə ilə ağız boşluğunu siqaret çəkməyə həvəs oyandıqda qarqara edirlər. Həmçinin siqaret çəkməyə həvəs oyandıqda bataqlıq kəcəvərinin təzə və ya qurudulmuş kökünü çeynəyirlər. Bu yüngül qusdurucu refleks törədir.

1 xörək qaşığı xırdalanmış vələmir dəninin üzərinə 2 stəkan isti qaynamış su əlavə edirlər, gecə ərzində dəmləyirlər. Səhər 5-10 dəqiqə müddətində qaynadıb süzürlər və çay kimi içirlər. Bu vasitə tütünə qarşı olan həssaslığı azaldır.

Vələmir dəni – 10 hissə

Arpa dəni – 100

Çovdar dəni – 100

Darı dəni – 100

Göstərilən lomponentləri qarışdırırlar, üzərinə 1 l su əlavə edib, qaynayana qədər qızdırırlar, 10 dəqiqə müddətində qaynadırlar, termosa tökürlər, gecə ərzində dəmləyib süzürlər. Alınan dəmləmədən gündə 3-4 dəfə, hər dəfə 100 ml yeməkdən əvvəl qəbul edirlər. Siqaret çəkməyə ikrah hissi oyanana qədər qəbul edirlər.

 

Tütünə qarşı ikrah hissi oyadan vasitələri

At pıtrağı kökünün şirəsindən 25 ml götürüb, 25 ml su ilə və ya kartofun 25 ml şirəsi ilə qarışdırıb, gecə yatmazdan əvvəl içirlər. Müalicə kursunun müddəti 2 həftədir. Bu vasitə insanlarda tütünə qarşı nifrət hissi oyadır. 

Balzam çayı

Qara çay – 1 hissə

Kasnının kökü – 0,5 hissə

Gicitkənin yarpağı – 0,5 hissə

İstiotlu nanənin yarpağı – 0,5 hissə

Pişikotunun kökü – 0,25 hissə

Bütün komponentləri qarışdırırlar, quru, kip bağlanan bankaya doldururular. Bu quru qarışıqdan 1 çay qaşığı götürüb 2 stəkan qaynar su ilə 8-10 dəqiqə müddətində dəmləyirlər. Balzamlı çayı ədviyyə ilə qarışdırıb içirlər. Ədviyyəni bu qayda ilə hazırlayırlar: sürtgəcdən keçirilmiş 1 xörək qaşığı çuğunduru 1 çay qaşığı kişmiş, 1/4 çay qaşığı limon və 1 çay qaşığı bal ilə qarışdırıb istifadə edirlər.

Çay xərçəngini kölgəli yerdə qurudurlar, əzib toz şəklinə salırlar. Sonra 10 qram tozu gizlicə tütünlə qarışdırıb siqaret çəkənə verirlər. Bu tütünü çəkən şəxslərdə tezliklə tütünə qarşı ikrah hissi oyadır və onlar tütünü çəkmədən imtina edirlər.

Tütünü mis-2-sulfat duzunun (göy daşın) tozunun yanında 1 sutka ərzində saxlayırlar və sonra çəkməyə verirlər.

Belə tütün də çox güclü ikrah hissi yaradır.

 

Siqaret çəkməni tərgitmək istəyənlər üçün xalq təbabətinin məsləhətləri

1 xörək qaşığı çay sodasını 1 stəkan suda həll edirlər, alınan məhlulla gündə bir neçə dəfə qarqara edirlər.

Tannin maddəsinin 1-2%-li sulu məhlulunu hazırlayırlar və ağız boşluğunu gündə bir neçə dəfə qarqara edirlər.

Gün ərzində siqareti həmişəkindən 1 ədəd az çəkin.

Sizin xoşunuza gəlməyən və bəyənməyidiniz siqaret çeşidini çəkməyə başlayın.

Əgər siz siqareti çox çəkirsinizsə, qərar qəbul edin ki, saatda yalnız 1 siqaret çəkəcəksiniz və sonra tədricən bu intervalı 0,5 saat da uzadacaqsınız.

Saqqız, nanəli konfet və ya qoz ləpəsini bir ehtiyat kimi həmişə yanınızda gəzdirin və siqaret çəkməyə həvəs oyananda onlardan istifadə edin.

Siqaret çəkmə ilə bağlı olan hər bir şeyi – siqaretləri, külqabını, kibriti və digər əşyaları gizlədin ki, bu yaramaz vərdiş yadınıza düşməsin.

Siqaret çəkməkdən bir gün imtina edin, sonra yenə 1 gün çəkməyin, belə davam edin və beləliklə siqareti tamamilə unudun.

Siqareti tərgitmək üçün ən əlverişli dövr məzuniyyət vaxtı və ya hər hansı xəstəliyin sağalma dövrüdür.

Siqaret çəkməni tərgidənlər tez-tez təmiz havaya çıxmalıdırlar.

Siqaret çəkmənin tərgidildiyi dövrdə siqaret çəkənlərin kafelər, restoranlar və siqaret çəkilən digər yerlərə getmələri məsləhət görülmür.

İlahə