SİQARETDƏN BELƏ XİLAS OLUN…

SİQARETDƏN BELƏ XİLAS OLUN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tütün tüstüsü ağciyər xərçəngi, ürək-damar xəstəlikləri, insult, emfizema, ağciyər xəstəliklərinin yaranmasına və inkişafına səbəb olur.

Tribunainfo.az xəbər verir ki, həkimlər siqareti birdəfəlik tərgitməyin mümkün olduğunu bildirirlər. Bu həm də olduqca asan yollardan biridir:

“Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7 000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir.

Tütünsüz həyata gündəlik çəkdiyiniz siqaretlərin sayını azaltmaqla başlaya bilərsiniz. Bunun üçün ilk olaraq 2 saatda 1 ədəd çəkməklə, ondan sonrakı günlərdə isə saat müddətini uzatmaqla siqareti tərgidə bilərsiniz”.