Nikotin asılılığı digər narkotik maddələrdən daha güclüdür.
Siqaretin az bilinən təsirləri hansılardır?
Nikotin — əsasən Amerikada bitən tütün yarpaqlarında (Nicotiana tabacum) olan bir alkaloiddir. O, ağız və ya ağciyərlər vasitəsilə bədənə daxil olduqda, bir neçə saniyəyə qan vasitəsilə beynə çatır və orada təsir göstərir. Lakin nikotin bədəndən çox tez çıxır.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki,reseptorlarda nikotinin yoxluğunu hiss edən neyronlar “çıxış böhranı” adlı narahatlıq vəziyyəti yaradır.
Siqaretin beyinə necə təsir etdiyini anlamadan öncə…
Nikotin iki formada olur: turşulu və qələvi.
Turşulu nikotin ağız boşluğundakı selikli qişalardan keçmir, bronxlardan keçərək alveollara (ağciyərlərin ən dərin nöqtələri) çatır və orada qələviyə çevrilərək qanla beyinə yayılır.
Qələvi nikotin isə birbaşa ağızdan sorularaq qanla birbaşa beynə çatır.
Siqaretlərdə məhz qələvi nikotin istifadə olunur – o, daha asan sorulur və daha güclü asılılıq yaradır. Bu səbəbdən, siqar və ya pipo çəkənlərdə asılılıq səviyyəsi siqaret çəkənlərdən daha aşağı olur.
Nikotin beyindəki dopamin, mezolimbik və nüvəli sistemləri stimullaşdırır. Hətta gecə yatarkən belə, onun təsiri davam edə bilər.
Metabolizmi əsasən qaraciyərdə baş verir. Adətən 15 dəqiqə ərzində nikotinin 80%-i zərərsizləşdirilir. Lakin genetik xüsusiyyətlər bu prosesi yavaşıda bilər. Belə insanlar daha çox siqaret çəkməyə meyilli olur.
Daha çox siqaret – daha çox ehtiyac.
Nikotinin beyin mərkəzlərində güclü təsiri cavab reaksiyalarında “sükut” yaradır. Bu, insanı daha da narahat edir və onu yenidən siqaret çəkməyə vadar edir.
Artıq məlum olan zərərlərdən (xərçəng, bronxit və s.) başqa, az bilinən 4 təhlükə:
Osteoporoz (Sümük əriməsi)
Siqaretin tərkibindəki toksik maddələr gənc sümük hüceyrələrinin fəaliyyətini zəiflədir. Bu da:
Sümük sıxlığını azaldır
Qırıq riskini artırır
Sümükləri kövrəkləşdirir
Görmə problemləri
Siqaret oksidativ stres yaradır — bu da göz torluq qişasında (retinada) degenerasiyaya səbəb olur:
Sarı nöqtənin zədələnməsi -korluq riski
Rəng tanıma və kontrast algısı zəifləyir
Katarakta riski artır (göz büllurunda metabolik dəyişikliklər səbəbindən)
Onurğa diski yırtığı (Bel yırtığı)
Siqaret çəkmək xırda damarların qan dövranını zəiflədir.
Onurğa diskləri qidalanmır
Zəif qidalanma → diskdə dəyişikliklər və yırtıqlar
Genetik meyillə birlikdə risk sürətlə artır
Mədə xorası
Nikotin:
Mədə şirəsini artırır
Qoruyucu selik və bikarbonat ifrazını azaldır
Selikli qişaları zəiflədir → qastrit və xora
Onlar passiv siqaret çəkənlərə də təsir edir
Passiv siqaret çəkənlər də təhlükədədir!
Siqaret tüstüsünün yalnız 1/3-i siqaret çəkənin özü tərəfindən udulur.
Qalan 2/3-i ətrafdakılara yayılır.
Yəni yuxarıdakı bütün zərərlər ətrafdakı insanlar üçün də keçərlidir.
Siqaretin təsiri yalnız ağciyər və ya ürəklə məhdudlaşmır. Sümük, göz, onurğa və mədə sağlamlığı da ciddi şəkildə zərər görür. Üstəlik, bu təsirlər passiv siqaret çəkənlərə də keçə bilir.
İmran Kərimli