Siqaret çəkənlərdə xərçəng riski artırbackend

Siqaret çəkənlərdə xərçəng riski artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Onkologiya Mütəxəssisi Dr. Nail Özhan siqaretin ağciyər xərçənginə əhəmiyyətli təsirlərinə diqqət çəkdi.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, dünyada xərçəngə bağlı ölümlərin həm kişilərdə, həm də qadınlarda ağciyər xərçəngindən yüksək olduğunu ifadə edən Dr. Nail Özhan, “Ağciyər xərçənginin ən böyük səbəbi olan gündə çəkilən siqaretlərin sayı, çəkmə müddəti, erkən başlama yaşı, dərin tüstü və qatran miqdarı, siqaret tüstüsünün passiv məruz qalması ağciyər xərçəngi riskini artırır”.

“Passiv siqaret çəkmək ürək xəstəlikləri və digər xəstəliklərə səbəb ola bilər, həmçinin ağciyər xərçəngi riskini artırır. Özü siqaret çəkmədiyi halda evdə və ya iş yerində ikinci əl tüstüsünə məruz qalan insanlarda ağciyər xərçənginə tutulma riski 20-30 faiz artır. Çünki siqaret tüstüsünün tərkibində 7 mindən çox kimyəvi maddə var, onlardan yüzlərləsi zəhərlidir, 50-dən çoxu isə birbaşa kanserogen xüsusiyyətlərə malikdir ”.