Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə “Sipark” tikinti şirkətinə qarşı iddiaya baxılıb. Tribunainfo.az-ın məlumatına görə, noyabrın 29-da keçirilən prosesdə şikayətçi Bağırlı Munis Abbas oğlu mülkiyyət hüquqlarının pozulduğunu iddia edir. İş üzrə maraqlı tərəf isə İkxilov Etibar Şaban oğludur. Onu da deyək ki, “Sipark İnşaat” şirkətinin şərikləri Azərbaycandan qaçıb. Bu barədə xəbərlər yayılıb. Hazırda şirkətlə bağlı bütün məsuliyyət və digər işlər şirkətin rəhbər şəxslərindən olan Taleh Abbasov adlı şəxsin üzərində qalıb. Məlumata görə, şirkətin şəriklərinin ölkədən qaçmasına səbəb şirkətin xeyli məbləğdə pul itkisi ilə üzləşdiyi bildirilir. Qeyd edilir ki, hazırda maddi itkilərlə üzləşən şirkət götürdüyü milyonluq kreditləri də ödəyə bilmir. Buna görə də şirkətin yaxın zamanda müflis elan olunduğunu açıqlayacağı gözlənilir.