“Sipark” MTK cərimələnirbackend

“Sipark” MTK cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Evrostroy-S.S” MMC (“Sipark” MTK) ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, dəfələrlə cərimələnən tikinti şirkəti “Sipark”ın İnzibati Xətalar Məcəlləsinin ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan 518.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Sipark”la bağlı iş baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib. 6 noyabr tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, qalmaqallı “Sipark” MTK-nın rəhbəri Seymur İsayevdir. Onun adı bir neçə dəfə terrorçu FETO qruplaşmasının Azərbaycandakı əsas fiqurlarından biri kimi də çəkilib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Asif