“Şinkar Holding”lə bağlı nə qərar veriləcək? – Məhkəməbackend

“Şinkar Holding”lə bağlı nə qərar veriləcək? – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təmir tikinti şirkəti olan “Şinkar Holding”lə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Şinkar Holding”lə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 25 oktyabr tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Şinkar Holding” 1999-cu ildə yaradılıb. Şirkətin sərmayəsi 3 milyon manatdır. MMC-nin qanuni təmsilçisi Ələsgər Mehdiyev Fərrux oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim