Rusiyanın Mi-8 helikopterinin Ukraynaya qaçırılması ilə bağlı uğurlu əməliyyatdan sonra Kiyevə təslim olmaq istəyən rus hərbçilərinin sayı 70% artıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun efirində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib. Onun sözlərinə görə, bir gündə Rusiya hərbçiləri və onların qohumlarından təslim olmaq barədə müraciətlərin sayı 70% artıb.
Eyni zamanda, Yusov qeyd edib ki, əgər bu xüsusi əməliyyatın təkrarlanmasının mümkünlüyündən danışsaq, o zaman belə şeylər “süni xarakter daşıyır”. Yəni söhbət kəşfiyyat xidmətinin hazırladığı bir neçə belə haldan və onlarla hadisədən gedir.
Rusiyadan Ukraynaya MiQ-31-i qaçıracaq pilota iki milyon dollar ödəniləcəyi ilə bağlı məlumatı şərh edən Yusov deyib ki, bu, artıq “əfsanələr və xalq nağılları” silsiləsindəndir. “Ancaq, əlbəttə ki, MiQ üçün müəyyən mükafat olacaq”, – o deyib.