SİNFİNİ DƏYİŞDİKLƏRİ ÜÇÜN MƏKTƏBLİLƏRİ GÜLLƏLƏDİ…backend

SİNFİNİ DƏYİŞDİKLƏRİ ÜÇÜN MƏKTƏBLİLƏRİ GÜLLƏLƏDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyada 9 nəfərin ölümü ilə nəticələnən məktəbə edilən hücumun bəzi detalları məlum olub.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, 8-i uşaq olmaqla 9 nəfərin ölümünə səbəb olan 14 yaşlı məktəbli törətdiyi əməldən peşman olmadığını deyib.
Hadisə ilə bağlı açıqlama verən ölkə prezidenti Aleksandr Vucic bildirib ki, hadisəni törətmiş məktəbli əvvəlcədən “ölüm siyahısı” da tutub.
Belə ki, qətli həyata keçirən məktəbli əlaçı şagirdlərdən olub. Lakin sevdiyi qız olduğu üçün dəslərində zəifləyib və qiymətləri aşağı düşüb. Buna görə valideynləri onun sinfini dəyişib. Yeni sinfində heç cür qəbul edilməyən 14 yaşlı oğlan sinif yoldaşları tərəfindən təzyiqlərə məruz qalıb. Onun hadisəni də məhz bu səbəbdən törətdiyi bildirilir.

Uşağın valideynləri də məsuliyyətə cəlb ediləcəyi deyilir. Bildirilib ki, məktəblinin istifadə etdiyi silah atasınındır və o, 3 dəfə atası ilə birgə silahdan istifadə etmə poliqonuna gedib.
Həmçinin məktəbli valideynlərinə yeni sinfində sevilmədiyini bildirsə də, ana və atası buna əhəmiyyət veməyib.