Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22°, gündüz 27-31°, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacaq.