Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək

Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Tribunainfo.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.