“Simpsonlar”dan 2025-ci illə bağlı ŞOK PROQNOZ – Əgər bunlar baş versə…

“Simpsonlar”dan 2025-ci illə bağlı ŞOK PROQNOZ – Əgər bunlar baş versə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Simpsonlar” 2025-ci ilə dair yeni proqnozları ilə yenidən diqqət mərkəzindədir.

Tribunainfo.az xəbər verir ki, serialın bir bölümündə 2025-ci ildə baş verəcəyi iddia olunan Günəş fırtınasından danışılır. Bu fırtınanın elektron cihazları sıradan çıxaracağı qeyd olunur. Alimlər bu cür təbii hadisələrin təxminən 100 ildən bir baş verdiyini bildirirlər. Sonuncu belə fırtına 1922-ci ildə müşahidə olunmuşdu.

Başqa bir bölüm ekoloji problemləri işıqlandırır. Serialda böyük şirkətlərin yaratdığı ekoloji fəlakətlərdən qorunmaq üçün nəhəng qübbələrin inşa ediləcəyi göstərilir.

Həmçinin, 2025-ci ildə ABŞ dollarının tamamilə dəyərdən düşəcəyi və insanların kriptovalyutalara keçəcəyi proqnozlaşdırılır. Bu, qlobal iqtisadi çöküş ehtimalını artırır.

“Simpsonlar” əvvəllər də bir çox hadisələri düzgün proqnozlaşdırıb, bu da yeni proqnozların maraqla qarşılanmasına səbəb olur.