Simonyanın dediyi “banan Miqran” kimdir? – Arayış

Simonyanın dediyi “banan Miqran” kimdir? – Arayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri Alen Simonyan revanş ideyalarını təbliğ edən siyasi müxalifəti tənqid edərkən onların arasında birini – Miqran Poqosyanı “banan Miqran” adlandırıb. Sitat: Vazgen Manukyan, Robert Köçəryan, Serj Sərkisyan, banan Miqran (Ermənistanın İcbari İcra Xidmətinin keçmiş rəhbəri Miqran Poqosyan nəzərdə tutulur), Artur Vanetsyan eyni məntiqlə davam edə bilməz axı. Rolları bir az dəyişirlər, gedirlər, başqalarının rəhbərliyi ilə gəlirlər”.
Tribunainfo.az oxucular üçün maraqlı olar deyə spikerin “banan Miqran” adlandırdığı şəxs haqda arayış hazırlayıb. Məlum olur ki,
Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi olan general-mayor Miqran Poqosyan ötən il Moskvada saxlanılıb.
2023-ci ilin mayında Ermənistanın keçmiş polis zabiti, parlamentin keçmiş deputatı Miqran Poqosyan kokain işi üzrə axtarışa verilmişdi.
Miqran Poqosyan Ermənistanda 1,3 milyon dollar məbləğində vergidən yayınmaqda ittiham olunur.

Məlumat üçün əlavə edək ki, M.Poqosyan, həmçinin, doqquz cinayət maddəsi ilə axtarışdadır.
Panama Papers”in yaydığı sənədlərdə Miqran Poqosyanın da adı adı çəkilir. Poqosyanın adının 2011-ci ildən bəri Panamada qeydiyyatdan keçmiş üç şirkətlə bağlı olduğu bildirilir.

Roman