“Onlar deyirlər ki, guya, hökumət ermənilərin Qarabağa qayıtmasına imkan vermir”.
Tribuinainfo.az xəbər verir ki, bunu Ermənistanın spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, heç bir erməni təhlükəsizlik təmin olunmadan Qarabağa gedə bilməz. “Onlar təhlükəsizlik təmin olunmadan qayıtmağı hazırdırlarmı? Kim Qarabağda təhlükəsizliyi təmin edə bilər? Hansı ölkə bu məsuliyyəti üzərinə götürər?
Simonyan sonda iddia edib ki, zaman keçdikcə bəziləri geri qayıda biləcəklər.
P.S. Əvvəla erməniləri Qarabağdan heç kim qovmayıb, onlar könüllü olaraq bölgəni tərk ediblər. Tərk etməyənlər isə bu gün təhlükəsiz şəraitdə hələ də Qarabağda yaşayırlar. İkincisi, Azərbaycan öz ərazisində bütün xalqların təhlükəsiz yaşaması üçün ən unikal şərait yaradıb. Üçüncüsü, ermənilərin Qarabağa qayıtması üçün azərbaycanlıların da öz dəd-baba yurduna, Qərbi Azərbaycana qayıtması başlıca şərtdir.
Fərda Uğur










