SİMONYAN SABAH ANKARAYA GEDİR: ƏRDOĞANLA GÖRÜŞƏ BİLƏR…backend

SİMONYAN SABAH ANKARAYA GEDİR: ƏRDOĞANLA GÖRÜŞƏ BİLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Ankarada keçiriləcək iclasında Ermənistanı kimlərin təmsil edəcəyi məlum olub. Tribunainfo.az xəbər verir ki, sammitdə nümayəndə heyətinə parlamentin sədri Alen Simonyan başçılıq edəcək.
Nümayəndə heyəti mayın 3-də Ankaraya yola düşəcək. Mayın 4-5-də təşkilatın parlament assambleyasının iclası keçiriləcək. Bundan başqa, Simonyan parlament assambleyasının yaradılmasının 30 illiyinə həsr olunmuş parlament spikerlərinin sammitində də iştirak edəcək. Erməni spikerin Türkiyə lideri Ərdoğanla sammit çərçivəsində görüşü istisna deyil.