“Plan Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləmək, sonra sülhməramlı sifəti ilə çox da xoş olmayan niyyətlərlə gəlmək və hər iki ölkənin heç yerə getməməsi üçün boyunlarına ilgək salmaq idi”. Tribunainfo.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Bu zaman spikerin Rusiyanı nəzərdə tutduğu şübhə doğurmur. Erməni spikerin açıqlamasını saytımıza şərh edən siyasi ekspert Ramiyə Məmmədova bildirib ki, İrəvan açıq surətdə Moskvaya ittiham irəli sürür.
Onun sözlərinə görə, vaxtaşırı Rusiya-Ermənistan münasibətləri yoluna qoyulmuş kimi görünsə də, nə qədər Paşinyan hakimiyyətdədir, antiPutin ritorikası davam edəcək: “Bu proses Paşinyan iqtidardan gedənə qədər səngiməyəcək. Rusiya da başa düşür ki, Ermənistanı itirmək istəmirsə, hökumət dəyişməlidir. Əslində Ermənistan Rusiya ilə ticarət dövriyyəsini artırır, sanksiyaları dəlməyə kömək edir, amma siyasi müstəvidə tarazlıq yoxdur. Simonyan müəyyən mənada həqiqəti deyib. Rusiya Cənubi Qafqazı əldən vermək istəmir deyə hər iki ölkəni eskalasiyaya sürükləməkdə maraqlı ola bilər”.
Roman