Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti İrlandiyanın paytaxtı Dublin şəhərində Avropa Şurası Parlament sədrlərinin Avropa Konfransının tədbirlərində iştirak edəcək.
Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə NA spikeri Alen Simonyanın müvafiq fərmanı Milli Assambleyanın saytında dərc olunub.
Milli Məclisin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Assambleyanın “Mülki müqavilə” fraksiyasının deputatları Arsen Torosyan, Sona Qazaryan, “Hayastan” fraksiyasının deputatı Armen Gevorqyan daxildir.