Simonyan həmin kəndlərin Azərbaycan olduğunu etiraf etdi: “Adam axtarıram sübut etsin”

Simonyan həmin kəndlərin Azərbaycan olduğunu etiraf etdi: “Adam axtarıram sübut etsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistanda və Tavuş rayonunda elə bir kənd yoxdur ki, onun ətrafında onu kiməsə təslim etmək məsələsi müzakirə olunsun”.
Qaynarinfo xəbər verir ki, bunu martın 27-də Ermənistan parlamentində jurnalistlərlə söhbətində parlament sədri Alen Simonyan Tavuş vilayətinin 4 kəndinin ərazilərinin Azərbaycana verilməsi məsələsinə toxunaraq deyib.
“İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən, bu kəndlərin Ermənistana məxsus olduğunu sübut edəcək adamlar axtarıram. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri bilirlər ki, bu xəttin o biri tərəfində həmişə Ermənistan olub”, deyə Simonyan bildirib.
Onun fikrincə, müxalifət növbəti faltstart edir və bundan nəsə qazanmağa çalışır. “Əvvəlcədən deyirəm – bu işləməyəcək. Ermənistan ərazisinin heç bir hissəsi sövdələşməyə məruz qalmır”, deyə Ermənistan parlamentinin sədri yekunlaşdırıb.