Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirakla bağlı hələlik yekun qərarı yoxdur.
APA-nın xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.
O deyib ki, bunun üçün ilk növbədə həmin konfransın ölkəyə hansı faydaları verəcəyi müəyyənləşdirilməlidir.