“Mən münasib vaxtda Azərbaycana getməyə hazıram”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O bildirib ki, o, azərbaycanlı həmkarı, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın hansısa format çərçivəsində Ermənistana dəvət etmək niyyətindədir. “Azərbaycanın 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakla bağlı imitinası Ermənistanla bağlı deyil. Xanım Qafarova görüş zamanı xahiş etdi ki, mən onların prezidentlərinin adından bunun Ermənistan tərəfi ilə heç bir əlaqəsi olmadığını çatdırıram”.
Fərda Uğur










