“Bakida mühakimə olunan ermənilərin məsələsi sülh müqaviləsində qeyd edilə bilməzdi. Çünki onların geri alınması gündəlim məsələdir”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın spikeri Alen Simonyan deyib.
O bildirib ki, Azərbaycanla sülh sazişi iki il sonra da imzalana bilər. “Həmin vaxta qədər isə biz onları Bakıdan ala bilərik. Bununla bağlı mütəmadi danışıqlar gedir”.
Simonyanın sözlərinə görə, sazişdə birtərəfli olan heç bir bənd yoxdur. “Bütün bəndlər həm Azərbaycana, həm də Ermənistana eyni dərəcədə aiddir”.
O qeyd edib ki, heç bir çıxılmaz nöqtə yoxdur. “Sadəcə, sazişin imzalanmasını təklif etməyimiz Azərbaycan üçün gözlənilməz idi. Onlar bizim bu şərtlərə razılaşacağımızı gözləmirdilər”.
Uğur Rəhimli