Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo BMT-nin tribunasında çıxış edərkən ABŞ prezidenti Donald Trampı “böyüklük” iddiası olan psixi xəstə adlandırıb və ona “nüvə düyməsini” tapşırmağın təhlükəli olduğunu söyləyib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
“Absurd reallıq ondan ibarətdir ki, Tramp kimi özündən razı birisi, böyüklük iddiası olan psixi xəstə, hansını ki, ABŞ-da “Bəla başkomandan”, “yalançı kral” və “şeytan prezident” adlandırırlar, prezident vəzifəsini icra edir”, – deyə o bildirib.
XİN rəhbərinin sözlərinə görə, dünya üçün əsas təhlükə ondan ibarətdir ki, belə bir insanın əli “nüvə düyməsinə” çatır.