Şimali Koreyanın ən güclü silahı: kəşfiyyat

Şimali Koreyanın ən güclü silahı: kəşfiyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ “National Interest” jurnalı Koreya yarımadasında müharibənin başlayacağı təqdirdə Şimali Koreyanın ən güclü silahının əlindəki kəşfiyyat sistemi olacağını açıqlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Pentagonun hesabatına görə, Şimali Koreyanın iki – xarici və əks-kəşfiyyat qrupu var. Xarici kəşfiyyat işini Baş Qərargah Kəşfiyyat İdarəsi təşkil edir. Bu qurum Sovet İttifaqı Baş Qərargah Kəşfiyyat İdarəsi nümunəsi əsasında yaradılıb. Təşkilat gizli əməliyyatlar, kiber fəaliyyət, xarici ölkələrdən məlumat toplayan və Cənubi Koreya ilə görüşlərdən məsul olan 6 qurumdan ibarətdir.
Əks-kəşfiyyat işi isə Şimali Koreya Dövlət Təhlükəsizliyi Mühafizəsi Nazirliyi tərəfindən həyata keçirilir. Cənubi Koreyada 2 gizli təşkilat fəaliyyət göstərir. Onlardan biri “225. Büro” adlanır. Qurumlar gizli agentlər hazırlayaraq Cənubi Koreyada yerləşdirir və müxtəlif qrupların yaradılması, inqilabi fəaliyyətlə məşğul olacaq siyasi təşkilatların qurulması üçün çalışır.
Yayılan məlumatda bildirilir ki, təşkilatlar Şimali Koreya lideri Kim Çen Ina hesabat verir. ABŞ hətta Kim Çen Inın qardaşı Kim Çen Namın Şimali Koreya gizli təşkilatları tərəfindən öldürüldüyünü iddia edir.