2024-cü ildə minlərlə şimali koreyalı işçi Rusiyaya göndərilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Milli Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın silah sınaqlarına cavab olaraq qəbul etdiyi qətnamələrə əsasən, bu ölkənin vətəndaşlarının xaricdə işləməsi qadağan olunub və bütün şimali koreyalı işçilərin 2019-cu ilin dekabrına qədər geri qayıtması tələb olunub.
Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) məlumatlarına əsasən, keçən il ölkəyə 13221 şimali koreyalı daxil olub, 2023-cü ildə bu rəqəm 1117, 2022-ci ildə isə 223 nəfər olub.
2024-cü ildə 3098 nəfər iş məqsədilə, 53 nəfər turizm məqsədilə, 287 nəfər isə şəxsi məqsədlər üçün gəlib. 234 nəfər tranzit olaraq Rusiyadan keçib. Digər 1648 nəfər isə xidmət personalı olaraq qeyd olunub.