ŞİMALİ KOREYADAN YENİ BALLİSTİK RAKET SINAĞI

ŞİMALİ KOREYADAN YENİ BALLİSTİK RAKET SINAĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket sınağı keçirdiyini bildirib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının açıqlamasında, Şimali Koreyanın paytaxt Pxenyandan yerli vaxtla saat 10:00 radələrində Yapon dənizi istiqamətində “uzun mənzilli ballistik raket” atdığı qeyd edilib.

Bəyanatda vurğulanıb ki, Cənubi Koreya hərbçiləri bizim monitorinq və sayıqlığımızı gücləndirib və ABŞ-la sıx əməkdaşlıqda tam hazırlıq vəziyyətindədir.

Yaponiya Sahil Mühafizəsi də Şimali Koreyanın ballistik raket sınağı keçirdiyini təsdiqləyib.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu raket sınağını pisləyib və bildirib ki, “balistik raketlərin buraxılması regionun sülh və təhlükəsizliyinə təhdiddir”.