Çinin iri bankları Şimali Koreyadan olan fiziki şəxslərin hesablarını qismən dondurub.
Çinin iri bankları Şimali Koreyadan olan fiziki şəxslərin hesablarını qismən dondurub.
Çinin dörd ən iri banklarından üçü – Çin Bankı, Çinin Tikinti Bankı və Çinin Kənd Təsərrüfatı Bankı Şimali Koreya pasportu olan şəxslərə yeni hesabların açılmasını və artıq açılmış hesablar üzrə pul köçürmələrini dayandırıblar.
Onlara yalnız hesablardan vəsaitlərin nağdlaşdırılması əməliyyatı aparmağa icazə verilir.
Ehtimal olunur ki, bu, Pekinin Şimali Koreyanın nüvə proqramını fəal inkişaf etdirməsi və nüvə silahını sınaqdan keçirməsinə cavab tədbiridir.
Qeyd edək ki, ABŞ bundan əvvəl qeyd edilən hadisələrin fonunda Çini hərəkətsizlikdə qınayırdı və bununla bağlı Çinin maliyyə təsisatlarını sanksiyalarla təhdid edirdi./publika.az