Şimali Koreyadan dünyaya mesaj: Nüvə müharibəsi hər an başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın BMT təmsilçisi Kim İn Ryonq Koreya yarımadasındakı vəziyyətlə bağlı danışıb.

 

Şimali Koreyanın BMT təmsilçisi Kim İn Ryonq Koreya yarımadasındakı vəziyyətlə bağlı danışıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, BMT-nin tərkisilah komitəsində çıxış edən təmsilçi vəziyyətin qeyri-müəyyən olduğunu və hər an nüvə müharibəsinin başlaya biləcəyini deyib. Ölkəsinin 1970-ci ildən bəri ABŞ tərəfindən nüvə təhdidinə məruz qalan tək ölkə olduğunu deyən Ryonq bildirib ki, Şimali Koreyanın özünü müdafiə məqsədilə nüvə silahına sahib olmaq hüququ var.
Ölkəsinin güclü nüvə dövləti olduğunu xatırladan BMT nümayəndəsi ABŞ-ın nüvə silahlarını məhv etməyənə qədər belə bir addım atmayacaqlarını və nüvə və ballistik raket layihələrindən imtina etməyəcəklərini qeyd edib.